Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir seçmədi
Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir seçmədi

Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir vəzifəsinə seçmədi.

Paşinyanın namizədliyini 45 deputat dəstəklədi, 55 deputat isə qarşı çıxdı.

Təkrar səsvermə bir həftəyə keçirilməlidir. Əgər bu dəfə də baş nazirin seçilməsi mümkün olmadısa, 40 günlük müddətdə parlamentin vaxtından əvvəl seçkiləri təyin edilməlidir.

Ermənistan baş nazir vəsifəsinə yalnız bir nəfərin, Nikol Paşinyanın namizədliyi təqdim olunmuşdu.

Nikol Paşinyan hazırda tərəfdarları ilə görüşə gedir.