Ermənistan parlamenti “Ermənistan Respublikasının Avropa İttifaqına üzv olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib

13:41, 26.03.2025

Ermənistan parlamenti “Ermənistan Respublikasının Avropa İttifaqına üzv olması prosesinin başlanması haqqında” qanun layihəsini ikinci və yekun oxunuşda təsdiqləyib. Bu barədə Ermənistan mediası məlumat yayır.

Medianın məlumatına görə, 64 deputat qanun layihəsini dəstəkləyib, 7 deputat isə əleyhinə səs verib.

Layihə “Demokratik Qüvvələrin Platforması” adlı vətəndaş təşəbbüsünün təşəbbüsü ilə 2 ay ərzində (qanunla nəzərdə tutulan 50 min imza əvəzinə) 60 min imza toplaya bilib. Layihənin parlamentə təqdim edilməsi üçün bu imzalar lazım idi. 2024-cü ilin yanvarın 9-da layihə Ermənistan hökuməti tərəfindən bəyənilib.

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Avropa İttifaqına üzv olması məsələsi ilə bağlı referendum keçirilməli olduğunu bildirib.

Oxşar