Ermənistan parlamenti “Ermənistan” fraksiyasının rəhbəri, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyanın toxunulmazlığını ləğv edib
Ermənistan parlamenti “Ermənistan” fraksiyasının rəhbəri, ölkənin keçmiş müdafiə naziri Seyran Ohaniyanın toxunulmazlığını ləğv edib. Ohaniyan 2008-2016-cı illərdə müdafiə naziri vəzifəsini tuturdu.
Erməni mediasının məlumatına görə, toxunulmazlıq həmçinin həmin fraksiyanın katibi Artsvik Minasyana da ləğv edilib.
Qeyd etmək lazımdır ki, “Ermənistan” fraksiyasının deputatı Artur Sarkisyanın toxunulmazlığının ləğv edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə də baxılır. Artsvik Minasyan və Seyran Ohaniyanın işi üzrə həbslə bağlı vəsatət verilməyib.