Ermənistan Ordusunun Baş Qərargah rəhbəri- hərbi toqquşmalardan sonra azərbaycanlı hərbçilər Ermənistan ərazisinin 7,5 kilometr dərinliyinə sızıblar

18:38, 16.09.2022

 

Hərbi toqquşmalardan sonra azərbaycanlı hərbçilər Ermənistan ərazisinin 7,5 kilometr dərinliyinə sızıblar, cəbhə xətti isə 8,5 kilometr uzunluğundadır. Bu barədə Ermənistan Ordusunun Baş Qərargah rəhbəri Eduard Asrian 30 ölkənin səfiri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan ordusunun bölməsi Cermuk şəhərinin 4,5 kilometrliyində yerləşir.

Ermənistan Ordusunun Baş Qərargah rəhbəri onu da qeyd edib ki, hərbi əməliyyatlar başlamazdan əvvəl qarşı tərəf Cermukdan 11-12 kilometr aralıda olub.

Oxşar