Ermənistan Müdafiə Nazirliyi – Ermənistan və Rusiyanın müdafiə nazirləri Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsi üçün lazımi addımların atılacağı barədə razılığa gəliblər
Ermənistan Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda bildirilir ki, Ermənistan və Rusiyanın müdafiə nazirləri Suren Papikyan və Sergey Şoyqu Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsi üçün lazımi addımların atılacağı barədə razılığa gəliblər.
Ermənistan MN-dən verilən məlumatda Ermənistan və Rusiya müdafiə nazirləri arasında telefon danışığının bu gün, sentyabrın 13-də baş tutduğu deyilir.
“Ermənistanın Müdafiə Nazirliyinin rəhbəri rus həmkarına Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə qarşı genişmiqyaslı təcavüzü nəticəsində yaranmış vəziyyət barədə məlumat verib. Suren Papikyan və Sergey Şoyqu arasında vəziyyəti sabitləşdirmək üçün lazımi addımların atılması ilə bağlı razılıq əldə olunub” -deyə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.