Ermənistan mediasının məlumatına görə, “Güclü Ermənistan” blokunun ofisində üç nəfər saxlanılıb

19:59, 07.06.2026

Ermənistanın Gümrü şəhərində bu gün səhər „Ermənistan“ və „Güclü Ermənistan“ bloklarının qərargahlarında aparılan axtarışlar zamanı üç nəfər saxlanılıb. Bu barədə Ermənistan mediası yazır.

Medianın məlumatına görə, saxlanılan şəxslər “Güclü Ermənistan” blokunun ofisində həbs ediliblər.

Blokun yaydığı bəyanatda qeyd olunur ki, bu cür zorakı hərəkətlərin məqsədi partiyanın qərargahının fəaliyyətini pozmaqdır.

Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, hər üç şəxs seçicilərə rüşvət vermək ittihamı ilə saxlanılıb.

Oxşar