Ermənistan İstintaq Komitəsinin məlumatına görə, cinayət işi üzrə müxalifət partiyasının altı üzvü saxlanılıb
Ermənistanda parlament seçkilərindən bir gün əvvəl “Güclü Ermənistan” müxalifət partiyasının altı üzvü saxlanılıb.
Bu barədə erməni mediası ölkənin İstintaq Komitəsinə istinadən xəbər verir.
Qurumun məlumatına görə, deputatların saxlanılması cinayət işi üzrə baş verib və bir neçə şəxsin maddi cəhətdən həvəsləndirilməsi, həmçinin, xüsusilə külli miqdarda pul yuyulması faktları ilə bağlıdır.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri sabah, 7 iyunda keçiriləcək.