Ermənistan İstintaq Komitəsi terror aktı hazırlamaqda şübhəli bilinən yeddi nəfəri saxlayıb, medianın məlumatına görə, saxlanılanların hamısı müxalif „Daşnaksutyun“ partiyasının üzvüdür
Ermənistan İstintaq Komitəsi terror aktı hazırlamaqda şübhəli bilinən yeddi nəfəri saxlayıb. Erməni mediasının məlumatına görə, saxlanılanların hamısı müxalif „Daşnaksutyun“ partiyasının üzvüdür.
İstintaq orqanının rəsmi bəyanatında qeyd olunduğu kimi, bir neçə ünvanda keçirilən axtarış nəticəsində elektron detonator, döyüş qumbarası, barıt və digər əşyalar maddi sübut kimi götürülüb.
Ermənistanın istintaq orqanının məlumatına görə, yeddi nəfər saxlanılıb və onlardan birinə artıq terror aktı hazırlamaqda ittiham irəli sürülüb. Bəyanatda qeyd olunur ki, istintaq davam edir.
Məlumat üçün bildirək ki, bundan əvvəl “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan və daha 15-ə yaxın şəxs terror aktı hazırlamaqda ittiham olunub. Saxlanılan şəxslər bildirirlər ki, onları siyasi motivlə təqib edirlər.