Ermənistan hökuməti - Qarabağdan Ermənistana 3000-ə yaxın məcburi köçkün gəlib
Ermənistan hökuməti - Qarabağdan Ermənistana 3000-ə yaxın məcburi köçkün gəlib

 
Qarabağdan Ermənistana 3 minə yaxın məcburi köçkün gəlib-bu barədə Ermənistan hökuməti məlumat yayır. Verilmiş məlumatda qeyd edildiyi üzrə, Qarabağı tərk etmək istəyən vətəndaşların Ermənistana daşınmasına dünəndən başlanılıb. Ermənistana gələn ilk qrup 400 nəfərdən ibarət olub.

Həmçinin, ağır yaralılar Qırmızı Xaçın avtomobilləri ilə nəzarət-buraxılış məntəqəsinə aparılıb.

Ermənistan hökumətinin rəsmi saytında sentyabrın 24-ü saat 22:00-a qədər Qarabağdan Ermənistana mindən çox qaçqının gəldiyi bildirilir. Səhər saat 06:00-a qədər bu rəqəm təxminən 2900-ə yüksəlib. İnsanlar qeydiyyata alınıblar, ehtiyacları qiymətləndirilib.