Ermənistan hökuməti Nikol Paşinyanla İlham Əliyevin Vaşinqtonda mümkün görüşü barədə məlumatı nə təkzib edir, nə də təsdiqləyir
Ermənistan hökuməti Nikol Paşinyanla İlham Əliyevin Vaşinqtonda mümkün görüşü barədə məlumatı nə təkzib edir, nə də təsdiqləyir

Hazırki mərhələdə biz baş nazir Nikol Paşinyanın ABŞ-a gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edə bilirik, – bu barədə respublika hökumətinin mətbuat xidməti Ermənistan mediasına bildirib.

“Belə səfərlər zamanı, təbii ki, rəsmi bəyanatlar olur və məlumat yalnız rəsmi bəyanat verildikdən sonra təsdiqlənmiş sayılır. Hazırda biz rəsmi bəyanat yaymamışıq. Buna görə də səfərlə bağlı yalnız rəsmi bəyanatdan sonra təsdiqlənmiş məlumatı nəzərdən keçirin”, – Ermənistan hökumətinin mətbuat xidməti qeyd edib.

Bu gün səhər saatlarından Paşinyanla və Əliyev arasında görüşün cümə günü Vaşinqtonda baş tutacağı ilə bağlı məlumatlar yayılır. Yayılan məlumata görə, ABŞ prezidenti Donald Tramp sülh sazişi imzalamaq məqsədi ilə Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul edəcək.