Ermənistan hakimiyyətində azərbaycanlı hərbçilərin erməni mövqeyində işləyən tikinti texnikasına atəş açdığını bildirirlər, Azərbaycan ittihamı təkzib edir

21:09, 06.10.2022

 

Ermənistan hakimiyyəti tərəfindən verilən məlumatda azərbaycanlı hərbçilərin erməni mövqeyində işləyən tikinti texnikasına atəş açdığı deyilir.

Yerevanda texnikanın köməyi ilə Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsində yerləşən erməni hərbi mövqelərində möhkəmləndirmə işlərinin aparıldığı və bombardman nəticəsində texnikanın zərər gördüyünü açıqlayırlar.

Ermənistan hakimiyyəti zərər görmüş texnikanı əks etdirən video yayır.

Azərbaycan hakimiyyəti Ermənistan hökumətinin yaydığı məlumatı təkzib edir. “Bu, erməni tərəfinin növbəti təxribatçı dezinformasiyasıdır” -deyə Bakıdan bildirirlər.

Oxşar