Ermənistan-Gürcüstan futbol matçının açıq nümayişi ilə əlaqədar Respublika meydanında nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
Ermənistan-Gürcüstan futbol matçının açıq nümayişi ilə əlaqədar Respublika meydanında nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq

Gürcü azarkeşləri üçün martın 20-də Tbilisi meriyasının və Gürcüstan Futbol Federasiyasının təşkilatçılığı ilə Birinci Respublika meydanında böyük ekran quraşdırılacaq və burada Ermənistan-Gürcüstan futbol matçının açıq nümayişi keçiriləcək.

Tbilisi meriyasının məlumatına görə, planlaşdırılan tədbirlə əlaqədar olaraq, ərazidə nəqliyyatın hərəkəti hər iki istiqamətdə məhdudlaşdırılacaq. Məhdudiyyət martın 20-si saat 00:30-dan 21-i saat 14:00-dək Rustaveli prospekti ilə Birinci Respublika meydanının kəsişməsindən Respublika meydanı və Merab Kostava küçəsinin kəsişməsinədək olan yol hissəsində qüvvədə olacaq.

Rustaveli prospektindən Kostava küçəsi istiqamətinə hərəkət edən avtomobillər Zeytun ağacının yanından döndükdən sonra Rustaveli prospekti istiqamətinə, həmçinin Mixeil Cavaxişvili və Merab Kostava küçələrinə doğru hərəkət edə biləcəklər. Cavaxişvili küçəsindən hərəkət edən avtomobillər Tbilisi Dövlət Konsert Zalı istiqamətinə, Kostava küçəsindən isə Rustaveli prospekti və Azadlıq Meydanı istiqamətində hərəkət edə biləcəklər, həmçinin, Zeytun ağacının yanından döndükdən sonra yenidən Kostava küçəsinə qoşulacaqlar.

İctimai nəqliyyata gəlincə, 359 nömrəli avtobus Vake istiqamətində hərəkət edərkən Cavaxişvili küçəsindən Kostava küçəsi vasitəsi ilə hərəkət edəcək, sonra isə müəyyən edilmiş sxem üzrə hərəkət edəcək; 457 nömrəli mikroavtobus Besiki küçəsi istiqamətinə hərəkət edərkən Cavaxişvili küçəsindən Revaz Tabukaşvili küçəsi istiqamətinə hərəkət edəcək, Revaz Lağidze küçəsi ilə Rustaveli prospektinə qoşulacaq, sonra isə müəyyən edilmiş sxem üzrə yoluna davam edəcək.

Gürcüstan millisi UEFA Millətlər Liqasının 2024-2025-ci il mövsümünün pley-off oyununu martın 20-də, saat 21:00-da Yerevanda keçirəcək.