Ermənistan Azərbaycanı yaşayış məntəqəsi istiqamətində atəş açmaqda günahlandırır
Ermənistan Azərbaycanı yaşayış məntəqəsi istiqamətində atəş açmaqda günahlandırır

Ermənistan Azərbaycanı yaşayış məntəqəsi istiqamətində atəş açmaqda günahlandırır.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 29-da saat 01:00-dan 01:15-dək Azərbaycan ordusunun bölməsi Sünik rayonunun Xoznavar kəndi istiqamətində atəş açıb, nəticədə yaşayış binasına ziyan dəyib.

Məlumata görə, atışma nəticəsində həlak olan olmayıb.

“Biz Azərbaycan tərəfini Xoznavarda yaşayış binasına atəş açılması faktını araşdırmağa və ictimaiyyətə ictimaiyyətə açıqlama təqdim etməyə çağırırıq”, – Ermənistan Müdafiə Nazirliyinin bəyanatında qeyd edilib.