Ermənistan Azərbaycanı Qeğarkunik rayonunda atəşkəs rejimini pozmaqda ittiham edir, Azərbaycanda məlumatı təkzib edirlər
Ermənistan Azərbaycanı Qeğarkunik rayonunda atəşkəs rejimini pozmaqda ittiham edir, Azərbaycanda məlumatı təkzib edirlər

 

Ermənistan tərəfi Azərbaycanı Qeğarkunik rayonunda atəşkəs rejimini pozmaqda ittiham edir.

Erməni mediası tərəfindən yayılmış məlumatda, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında , Sotk kəndi yaxınlığında Azərbaycan ordusunun bölmələrinin atəş açdığı, nəticədə Ermənistan silahlı qüvvələrinin bir hərbçisinin xəsarət aldığı deyilir.

Yayılan məlumatda, Rusiya sülhməramlı komandanlığının bu insidenti Azərbaycan və erməni tərəfləri ilə əməkdaşlıq yoluyla həll etdiyi deyilir.

Azərbaycan tərəfi sərhəd zonasında atəş açılması faktını təsdiqləmir və Ermənistanın yaydığı məlumatı yalan adlandırır. Bakıdan qeyd edirlər ki, “yayılmış təxribat xarakterli məlumat əsassızdır”.