Ermənistan, Azərbaycan və Rusiya liderləri Soçidə keçirilən üçtərəfli danışıqlardan sonra birgə bəyanat yayırlar

10:13, 01.11.2022

 

Ermənistan, Azərbaycan və Rusiya liderləri Soçidə keçirilən üçtərəfli danışıqlardan sonra birgə bəyanat yayırlar. Bəyanatın mətnini Kreml yayır.

Kremldən verilən məlumatda görüşdə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası prosesinin müzakirə edildiyi deyilir.

Kremlin yaydığı məlumatda qeyd edildiyi üzrə, “Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşması, Cənubi Qafqazın sülh, sabitlik, təhlükəsizlik və davamlı iqtisadi inkişaf maraqlarına cavab verən bütün qeyd olunan sazişlərə əməl etməyə hazır olduqlarını təsdiqləyirlər. Tərəflər qalan vəzifələrin, o cümlədən humanitar məsələlərin təcili həlli üçün əlavə səylər göstərməyə razılaşıblar”.

Birgə bəyanatda qeyd olunub “Rus sülhməramlı kontingentinin təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsi” , həmçinin onun regionda vəziyyəti sabitləşdirmək üçün səylərinin zəruriliyi vurğulanır.

“Tərəflər güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri yalnız bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll etməyə razılaşıblar. Həmçinin regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyi vurğulanıb. Tərəflər qarşılıqlı məqbul həll yolunun axtarışını davam etdirmək barədə razılığa gəliblər.

Rusiyanın köməyi ilə cəmiyyət, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan və Ermənistan arasında müsbət atmosferin yaradılmasının vacibliyi vurğulanıb; Həmçinin üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyi də.

Azərbaycan və Ermənistan liderləri Rusiyanın bundan sonra da iki ölkə arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsinə hərtərəfli şərait yaratmağa hazır olmasını alqışladılar”- deyə Kremlin birgə bəyanatında deyilir.

Oxşar