Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Ermənistan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hərbi yardım xahişi ilə müraciət edib

10:20, 13.09.2022

 

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Ermənistan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hərbi yardım xahişi ilə müraciət edib. Bu barədə erməni mətbuatı məlumat yayır.

Belə ki, Ermənistan hökumətinin erməni mətbuatına verdiyi məlumata görə, baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasında belə bir qərar qəbul edilib : “Ermənistanın suveren ərazisinə qarşı təcavüzlə bağlı dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin müddəalarının həyata keçirilməsi üçün Rusiya Federasiyasına, eləcə də KTMT və BMT-yə rəsmi şəkildə müraciət edilsin”.

Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhədində toqquşmalar gecə yarısı başlayıb və indiyədək davam edir. Hər iki tərəfdən ölənlərin olduğu bildirilir. İrəvan və Bakı yaranmış vəziyyətə görə məsuliyyəti bir-birinin üzərinə yükləyir.

Oxşar