Ermənistan Azərbaycan ordusunun alt bölməsinin Sünik bölgəsində ekskavatora atəş açdığını bildirir, Bakıda isə bu ittihamı təkzib edir
Ermənistan Azərbaycanı Sünik bölgəsində ekskavatora atəş açmaqda ittiham edir.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, saat 13:10-da Azərbaycan ordusunun alt bölməsi Sünik bölgəsində, Verişen kəndindən 4500 metr məsafədə, şimal-şərq istiqamətində yerləşən ərazidə, mövqelər arasında yol tikintisi aparan ekskavatora atəş açıb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb.
“Biz Azərbaycan tərəfini atəş açılması faktını araşdırmağa və ictimaiyyətə izahat verməyə çağırırıq”, – bəyanatda qeyd olunub.
Bakıda Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatı təkzib edirlər.
Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına görə, Ermənistan tərəfindən yayılan məlumat həqiqətə uyğun deyil, çünki Azərbaycan Ordusunun alt bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.