Erməni mediasının məlumatına görə, “Ermənistan” və “Güclü Ermənistan” bloklarının qərargahlarında axtarış aparılır, hüquq-mühafizə orqanları deputatlığa namizəd Hasmik Sahradianı saxlayıblar

14:50, 07.06.2026

Ermənistanın Gümrü şəhərində axtarışlar və həbslər həyata keçirilir. Erməni mediasının məlumatına görə, yerli vaxtla səhər saat beşdə “Ermənistan” blokunun qərargahında axtarışlara başlanılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları deputatlığa namizəd Hasmik Sahradianı saxlayıblar.

Mediya məlumatına görə, axtarışlar həmçinin insan haqları müdafiəçisi Karapet Poqosyanın mənzilində və “Güclü Ermənistan” blokunun qərargahında da aparılır.

Sözügedən hadisəyə media ilə söhbət zamanı Samvel Karapetyan da münasibət bildirib. Onun sözlərinə görə, bu, alyansa qarşı növbəti narahatedici hərəkətdir.

“Həbs olunan döyüş yoldaşlarının yanında hazırda vəkillər var. Çox sayda insan həbs edilib. Mənim planım necədir, bu barədə sabah cavab verəcəyəm, bu gün bu bir az təhlükəlidir. Mənim əhval-ruhiyyəm çox yaxşıdır, insanlarda da döyüş əzmi var. Seçkilərin ədalətli şəraitdə keçirilməsi çox vacibdir. Gəlin ölkəmizin gələcəyini kənardan diktə ilə deyil, ölkə daxilində özümüz həll edək”, – Karapetyan bildirib.

Oxşar