Ermənistana səfəri çərçivəsində Qeka Qeladze erməni həmkarı Andranik Simonyanla görüşüb

11:10, 27.06.2026

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qeka Qeladze nümayəndə heyəti ilə birlikdə Ermənistan Respublikasına rəsmi səfər edib.

DTX-nin məlumatına görə, səfər çərçivəsində Qeka Qeladze Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüş keçirib.

“Görüşdə tərəflər Gürcüstan və Ermənistan arasında mövcud strateji tərəfdaşlıq məsələlərini, regionda davam edən hadisələri və mövcud çağırışları müzakirə ediblər. Qlobal təhdidlərin aradan qaldırılması prosesində iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Qeka Qeladze erməni həmkarına qonaqpərvərliyinə görə təşəkkür edib və onu Gürcüstana təkrar səfərə dəvət edib.

Görüşdə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavinləri – Tamaz Boraşvili və Aleksandre Maisuradze iştirak edirdi”, – qurumun məlumatında deyilib.

Oxşar