Erqnetidə İnsidentlərin Qarşısının Alınması və Reaksiya Mexanizmi Qrupunun görüşü keçirilir
Erqnetidə İnsidentlərin Qarşısının Alınması və Reaksiya Mexanizmi Qrupunun görüşü keçirilir

 
Ay yarımlıq fasilədən sonra Erqnetidə İnsidentlərin Qarşısının Alınması və Reaksiya Mexanizmi çərçivəsində 121-ci görüş keçirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Analitik Departamentinin direktor müavini İrakli Antadzenin görüş başlamazdan əvvəl dediyi kimi, bu gün qanunsuz sərhədləşmə və vətəndaşların saxlanılması faktları da daxil olmaqla onlar ayırıcı xətt yaxınlığında baş verən hadisələri müzakirə edəcəklər.

“Əvvəlki görüşdən bu günə qədər baş verən bütün hadisələri müzakirə edəcəyik. Qori və Kareli munisipalitetlərində 8 qeyri-qanuni sərhədləşmə faktı qeydə alınıb. Yanğın əleyhinə torpağın əkilməsi, eləcə də bir neçə hissədə dəmir dirəklərin quraşdırılması qeydə alınıb. Qanunsuz saxlamalara gəlincə, 6 vətəndaş qanunsuz saxlanılıb. Sentyabrın 10-da iki xarici ölkə vətəndaşını saxlayıblar. Tacikistan vətəndaşları artıq sərbəst buraxılıb. Ata və oğul Coxadzeləri də saxlayıblar. Yaşlı olan atanı sərbəst buraxıblar. Hazırda Gürcüstanın on vətəndaşı həbsdə qalır. Gürcüstan vətəndaşlarının sərbəst buraxılması və onların ən qısa zamanda öz ailələrinə qaytarılması istiqamətində iş aparılır” – Dövlət Təhlükəsizliyi Xidmətinin Analitik Departamentinin direktor müavini İrakli Antadze görüş başlamazdan əvvəl bildirib.