Ərəb mediasının məlumatına görə, İsrail ordusunun Suriyada yaşayış məntəqəsini bombalaması nəticəsində azı 13 nəfər həlak olub, təxminən 25 nəfər isə yaralanıb
Ərəb mediasının məlumatına görə, İsrail ordusunun Suriyada yaşayış məntəqəsini bombalaması nəticəsində azı 13 nəfər həlak olub, təxminən 25 nəfər isə yaralanıb

İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən yaşayış məntəqəsini bombalaması nəticəsində azı 13 nəfər həlak olub. Azı 25 nəfər yaralanıb. Bu barədə ərəb mediası məlumat yayır.

Yayılan məlumata əsasən, İsrail hərbçiləri kiçik Beit Cin şəhərinə raket və artilleriya zərbələri endiriblər. Ərəb mediasının məlumatına görə, həlak olanlar arasında qadınlar və uşaqlar da var.

Yayılan məlumata əsasən, “Suriya Mülki Müdafiə” qrupları əraziyə daxil ola bilmirlər, çünki İsrail hərbçiləri hər cür hərəkətə dərhal reaksiya verirlər. Şəhərin üzərində İsrail dronları uçur. Məlumatlara əsasən, İsrail hərbçiləri Suriyanın şəhərinə üç nəfəri həbs etmək məqsədilə daxil olublar, bundan sonra isə ərazidə silahlı qarşıdurma başlayıb. İsrail hərbçilərinin üç nəfəri həbs etmək üçün Suriya şəhərinə daxil olduğu, nəticədə hadisə yerində silahlı qarşıdurmanın başladığı barədə məlumat yayılır.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, “Əl-Cəmaə əl-İslamiyyə”nin üç üzvü həbs edilib və dindirilmək üçün İsrailə aparılıb.