Entoni Blinken və Devid Lamin Kiyevə səfəri zamanı hava həyəcanı siqnalı səslənirdi
ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lamm digər qərbli rəsmi şəxslərlə ilə birlikdə hava həyəcanı siqnalının eşidildiyi zamanı Ukraynanın paytaxtında olublar.
Məlumatı “Reuters” yayır.
Medianın yazdığı kimi, həyəcan siqnalı təxminən 30 dəqiqə davam edirdi. Ukrayna Hərbi Hava Qüvvələri ballistik raket təhlükəsi barədə bildiriblər.
Raket Sumı bölgəsindən Poltava bölgəsinə doğru hərəkət edirdi və daha sonra Ukrayna Hərbi Hava Qüvvələri raketi zərərsizləşdirdi. İlkin məlumata görə, xəsarət alan olmadı.