Entoni Blinken Rusiyanın obyektlərinə uzaq mənzilli silahla zərbələr endirmək üçün icazə verilməsi haqqında Ukrayna tərəfinin xahişini Co Baydenə çatdıracağını bildirib

10:36, 12.09.2024

 
ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın obyektlərinə uzaq mənzilli silahla zərbələr endirmək üçün icazə verilməsi haqqında Ukrayna tərəfinin xahişini prezident Co Baydenə çatdıracaq. Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Lami ilə birgə Kiyevdə keçirilmiş mətbuat konfransında bildirib.

“Biz uzaq məsafəyə zərbələri, eləcə də bir sıra digər məsələləri müzakirə etdik. Mən bu müzakirə ilə Vaşinqtona qayıtmağı və dinlədiklərim haqda prezidenti məlumatlandırmağı planlaşdırıram” – Blinken bildirib.

Dövlət katibinin dediyi üzrə, Rusiya Ukraynanın mülki obyektlərinə, enerji infrastrukturuna və öz ölkəsini müdafiə edən hərbçilərə hücumlarını artırır.

“Və biz İranın Rusiyaya Ukraynaya qarşı təcavüzü gücləndirəcək ballistik raketlər verdiyini görürük. Gərginliyi artıran biri varsa, görünür bu, Rusiyadır” – Entoni Blinken bildirib.

Oxşar