Entoni Blinken – Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə ABŞ-ın fəaliyyət planı var
Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə ABŞ-ın fəaliyyət planı var-bu barədə ABŞ dövlət katibi Entoni Blinken “CBS” nəşrinə müsahibəsində bildirib .
Blinken Vaşinqtonun Moskva ilə nüvə silahı təhlükəsi ilə bağlı təmasda olduğunu bildirib, çünki Rusiyanın nəticələrin ağır olacağını başa düşməsi vacibdir. ABŞ dövlət katibi Rusiyanın döyüşü dayandıracağı təqdirdə müharibənin bitəcəyini, Ukraynanın dayandıracağı təqdirdə isə Ukraynanın bitəcəyini bir daha təkrarlayıb.
“Vladimir Putindən çoxlu məsuliyyətsiz ritorika eşitdik, lakin diqqətimizi hamımızın məsuliyyətlə hərəkət etməsinə yönəltmişik, ələsxus da söhbət belə ritorikadan gedincə. Vladimir Putinin müharibədən aydın çıxış yolu var-başladığı müharibəni bitirmək. Nüvə silahının mümkün istifadəsi fəlakətli nəticələrə səbəb olacaq – əlbəttə ki, ondan istifadə edən ölkə üçün – həm də bir çox başqaları üçün.
Prezident Bayden qərar verdi və biz ukraynalılara özlərini qorumaq üçün əlimizdən gələni edirik. Biz Rusiyaya təzyiq göstərmək üçün digər ölkələri birləşdirmək istiqamətində hər şeyi edirik . Biz həmçinin bu müharibənin genişlənməməsini istəyirik” – Entoni Blinken bildirib.