Entoni Blinken Nyu-Yorkda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşüb

10:31, 20.09.2022

 

ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda üçtərəfli danışıqlar çərçivəsində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşüb. O, hər iki tərəfə həlak olanlara görə başsağlığı verib və hərbi əməliyyatların yenilənməsinin qarşısını almaq və sülh prosesini bərpa etməyin vacibliyini vurğulayıb.

Entoni Blinken tərəfləri bu ayın sonuna qədər daha bir görüşə çağırıb.

Dövlət katibi Ermənistan və Azərbaycan liderlərinin sülh arzusunu ifadə etdiklərini açıqlayıb. Blinken Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının həllinin hərbi yolu olmadığını bildirib.

“Həm baş nazir Paşinyan, həm də prezident Əliyev mənə sülhə hazır olduqlarını bildirdi. Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarını həll etməyin hərbi yolu yoxdur, lakin fikir ayrılıqlarını diplomatik yolla həll edən davamlı sülhə aparan yol olduğuna inanıram. ABŞ bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır və mən hər iki həmkarıma bu danışıqlar üçün bu gün burada olduqlarına görə minnətdaram”- deyə Blinken bildirib.

Qeyd etmək lazımdır ki, Nyu-York görüşündən əvvəl ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.

Oxşar