Entoni Blinken – Nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı Vladimer Putinin bəyanatı məsuliyyətsizlikdir
ABŞ-nin dövlət katibi Entoni Blinken Rusiyanın Prezidenti Vladimer Putinin ölkənin nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı bəyanatına münasibət bildirir.
Entoni Blinkenin dediyi kimi, bu, tam məsuliyyətsizlikdir.
“Bu, tam məsuliyyətsizlikdir. Düşünürəm ki, əvvəllər nüvə silahı ilə hədələyərkən Çin də daxil olmaqla, dünyada bir çoxları bunu açıq şəkildə ifadə etdi” – Blinken Amerika mediasına müsahibəsində bildirib.
Amerika Birləşmiş Ştatlarının dövlət katibinin fikrincə, bu cür nüvə ritorikasının yolverilməzliyi barədə xüsusən də Nyu-Yorkda digər məsələlərlə yanaşı, nüvə silahsızlaşdırılması və yayılmamasının sonrakı zəruriliyinin müzakirə olunduğu BMT-nin Baş Assambleyası keçirilərkən bəyanat vermək lazımdır.
Rusiyanın Prezidenti Vladimer Putin Rusiyanın nüvə doktrinasında dəyişikliklərin planlaşdırıldığını açıqlayıb. O bildirib ki, Rusiyaya adi silahlarla hücum edilərək, Rusiyanın suverenliyinə kritik təhlükə törədildikdə Rusiyanın nüvə zərbəsi endirmək imkanı olacaq.