Entoni Blinken NATO ölkələrinin Ukraynanın müharibədə istifadə etdiyi sovet modellərini silahlandırmaq üçün sursat istehsalına sərmayə qoymağı planlaşdırdığını açıqlayıb
ABŞ dövlət katibi Entoni Blinken NATO ölkələrinin Ukraynanın müharibədə istifadə etdiyi sovet modellərini silahlandırmaq üçün sursat istehsalına sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.
“Ukrayna ordusunu ehtiyac duyduğu və onlar üçün effektiv olan vasitələrlə təmin etmək üçün bütün variantları nəzərdən keçiririk. Onilliklər ərzində Ukrayna Silahlı Qüvvələrinin inventarında olan sovet dövründən qalma sistemlər burada nəzərə alınır. Məsələn, biz bu cür silahlar üçün döyüş sursatı ilə təmin edirik. Bəzi hallarda bu uzun müddət istehsal olunmayan nəyisə istehsal etmək mənasına gəlir”-deyə Blinken açıqlayıb.
Bir neçə gün əvvəl “New York Times” nəşri alyansın üzvlərinin artilleriya mərmilərinin istehsal olunacağı Çexiya, Slovakiya və Bolqarıstandakı köhnə fabriklərə sərmayə qoymağı düşündüyünü yazıb.