Entoni Blinken Kiyev vilayətinin İrpen şəhərinə səfər edib
ABŞ dövlət katibi Entoni Blinken Kiyev vilayətinin İrpen şəhərinə səfər edib və Rusiya qüvvələrinin müdaxiləsinin nəticələri ilə tanış olub. Bu barədə Ukrayna mətbuatı Kiyev Hərbi Vilayət Administrasiyasının rəhbəri Aleksey Kulebaya istinadən yazır.
“Məhv edilmiş avtomobillər, bombardımanın izləri, dağılmış evlər və digər infrastruktur. Cənab Blinkenin Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün nəticələrini şəxsən görmək imkanı olub” – deyə Kuleba yazır.
Entoni Blinken bu gün Kiyevə gözlənilmədən səfər edib və prezident Volodimir Zelenski ilə görüşüb və ABŞ-ın Ukraynaya növbəti hərbi yardımını açıqlayıb.