Entoni Blinken – İsrailin öz vətəndaşlarını müdafiə etmək hüququ var, lakin ABŞ münaqişənin eskalasiyasını istəmir

11:34, 29.07.2024

 
ABŞ dövlət katibi Entoni Blinken İsrailin öz vətəndaşlarını müdafiə etmək hüququna malik olduğunu, lakin ABŞ-ın eləcə də münaqişənin eskalasiyasını istəmədiyini bildirib. Bu haqda Entoni Blinken Tokioda keçirilmiş mətbuat konfransında deyib.

Blinken, ABŞ-ın Qolan təpələrində həlak olanlara görə dərin məyusluq hissi keçirdiyini bildirib.

Dövlət katibi həmçinin onu da qeyd edib ki, terrora heç bir bəraət qazandırmaq olmaz və raket “Hizbullah”a məxsus olub.

Oxşar