Entoni Blinken İrana qarşı bu gün yeni sanksiyaların elan ediləcəyini bildirir
ABŞ dövlət katibi Entoni Blinken İranın Ukraynada istifadə etmək üçün Rusiyaya ballistik raketlər verdiyini təsdiqləyib, bu səbəbdən də Tehrana qarşı yeni sanksiyalar qaçılmazdır. Bu haqda məlumatı “Washington Post” yayır.
Medianın məlumatında, Blinkenin yeni sanksiyaların bu gün elan ediləcəyini qeyd etdiyi deyilir. Sanksiyalar, o cümlədən İranın dövlət aviaşirkətinə qarşı tədbirləri əhatə edir.
“Biz açıq şəkildə Tehrana xəbərdarlıq etdik, şəxsi söhbətlərdə bu addımın təhlükəli eskalasiya olacağı barədə xəbərdarlıq etdik. Rusiya artıq bu raketlərin bir neçə partiyasını alıb” – Blinken bildirib.
O, Rusiyanın ehtimal ki, bu silahdan bir neçə həftə istifadə edəcəyini deyib.
Məlumat üçün bildirək ki, cari həftədə İranın hakimiyyət rəsmiləri Rusiyaya silah göndərdiklərini təkzib ediblər. İran Rusiyaya döyüş pilotsuz uçuş aparatları verir, lakin son vaxtlara qədər daha güclü silahlar verməkdən çəkinirdi. Sentyabrın 6-da “Wall Street Journal” amerikalı və avropalı rəsmilərə istinadən İranın artıq Rusiyaya yaxın mənzilli ballistik raketlər verdiyi haqda məlumat yaydı.