Entoni Blinken İlham Əliyevi Laçın dəhlizini kommersiya daşımaları üçün dərhal açmağa çağırıb
ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Müvafiq məlumatları Dövlət Departamenti yayır.
Qurumun məlumatına əsasən, Blinken İlham Əliyevi Laçın dəhlizini kommersiya daşımaları üçün dərhal açmağa çağırıb. O, Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması perspektivini sarsıtdığını vurğulayıb.
Dövlət katibi Prezident Əliyevi Ermənistanla ikitərəfli sülh danışıqlarında səylərini artırmağa çağırıb. Əliyevlə telefon danışığı zamanı Blinken Azərbaycanda insan haqları məsələsini də qaldırıb.
Laçın dəhlizi Qarabağla Ermənistanı birləşdirən yeganə yoldur. Sözügedən dəhliz dekabrın ortalarından azərbaycanlı fəallar tərəfindən bağlanıb.