Entoni Blinken – Qəddar terrorçu Nəsrullah olmadan bölgə və dünya daha təhlükəsizdir
Bölgə və dünya qəddar terrorçu Nəsrullah olmadan daha təhlükəsizdir, – bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
Eyni zamanda, ABŞ dövlət katibi təkid edir ki, diplomatiya Yaxın Şərqdə daha böyük sabitliyə nail olmaq üçün ən yaxşı və yeganə yol olaraq qalır.
Entoni Blinkenin bildirdiyinə görə, Birləşmiş Ştatlar Qəzzada İsrail və Fələstinin “HƏMAS” qruplaşması arasında atəşkəsin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Məlumat üçün bildirək ki, İsrail “Hizbullah”ın mərkəzi qərargahına hücum edib. Hücum nəticəsində “Hizbullah”ın lideri Həsən Nəsrullah öldürülüb.