Entoni Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini qəbul edəcək
ABŞ dövlət katibi Ermənistan və Azərbaycan XİN rəhbərlərini Vaşinqtonda qəbul edəcək. Görüş ABŞ hakimiyyətinin təşəbbüsü ilə keçirilir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov artıq Vaşinqtondadırlar.
ABŞ-da erməni və azərbaycanlı diplomatlar arasında danışıqlar iki ölkə lideri İlham Əliyev və Nikol Paşinyanın keçən həftə Soçidə Vladimir Putinlə görüşündən sonra keçirilir.