Entoni Blinken Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırır

10:36, 13.09.2022

 

ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Bu barədə Dövlət Departamenti tərəfindən yayılmış Blinkenin bəyanatında deyilir.

“ABŞ Ermənistan daxilində yaşayış məntəqələrinə və mülki infrastruktura zərbələr endirilməsi ilə bağlı xəbərlər daxil olmaqla, Ermənistan-Azərbaycan sərhədində toqquşmalardan dərin narahatdır. Uzun müddət əvvəl açıq şəkildə bildirdiyimiz üzrə, münaqişə hərbi yolla tənzimlənə bilməz. İstənilən hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq” -deyə bəyanatda deyilir.

Ermənistan Azərbaycanı sərhəd bölgəsində intensiv atəş açmaqda, Bakı isə İrəvanı genişmiqyaslı təxribatlarda ittiham edir.

Oxşar