Entoni Blinken BMT-nin Baş Assambleyası çərçivəsində Çinin Xarici İşlər Naziri ilə görüşdü
ABŞ dövlət katibi Entoni Blinken BMT-nin Baş Assambleyası çərçivəsində Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdü. Bu barədə “Reuters” agentliyi məlumat yayır.
Bundan əvvəl Ağ Ev və Avropa İttifaqında “Reuters” tərəfindən Rusiyanın Çinlə uzun mənzilli pilotsuz təyyarələr istehsal etməyə və onlardan müharibədə istifadə etməyə imkan verəcək silah proqramı qurması ilə bağlı xəbərlərdən dərin narahat olduqlarını bildirdilər.
Çin öz növbəsində ABŞ-ın Tayvanla münasibətindən və onlara silah tədarükündən narahatdır. Həmçinin, Pekin Vaşinqtonu Çin malına tətbiq edilən tarifləri aradan qaldırmağa çağırır.