Entoni Blinken-ABŞ İranla münaqişə istəmir, lazım gələrsə, özünü müdafiə edəcək
Entoni Blinken-ABŞ İranla münaqişə istəmir, lazım gələrsə, özünü müdafiə edəcək

ABŞ İranla münaqişə istəmir, lakin İran və ya onun əlaltıları ABŞ rəsmilərinə hücum edərsə, Vaşinqton tez və qətiyyətli hərəkət edəcək-bu sözləri ABŞ dövlət katibi Entoni Blinken söyləyib.

Məlumatı “Reuters” yayıb.

“ABŞ İranla münaqişə istəmir. Biz bu müharibənin genişlənməsini istəmirik, lakin İran və ya onun əlaltıları ABŞ rəsmilərinə hücum edərsə, biz xalqımızı, təhlükəsizliyimizi sürətlə və qətiyyətlə qoruyacağıq”- Blinken bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.