Entoni Blinken – ABŞ Ukraynanın yardımını artırır ki, özünü müdafiə etmək imkanı olsun
ABŞ Ukraynanın yardımını artırır ki, özünü müdafiə etmək imkanı olsun,- bu barədə ABŞ dövlət katibi Entoni Blinken Brüsselə səfəri zamanı bildirib.
ABŞ Xarici İşlər Nazirliyinin rəhbərinin söylədiyinə görə, Vaşinqton sentyabrda Kiyevə təhlükəsizlik yardımı şəklində səkkiz milyard dollar, bir neçə həftə əvvəl isə yarım milyard dollar ayırıb.
Entoni Blinkenin bildirdiyinə görə, ABŞ prezidenti Co Bayden yardımın yanvarın 20-dək Ukraynaya tam çatdırılmasını istəyir.
ABŞ dövlət katibi Rusiya tərəfindən Şimali Koreya qoşunlarını Ukraynada yerləşdirməsi təhlükəsindən danışıb.
“Biz indi Şimali Koreya qüvvələrinin döyüşə girdiyini görürük və bu, iki nöqteyi-nəzərdən dərin və inanılmaz dərəcədə təhlükəli bir inkişadır. Birincisi, təbii ki, ona görə ki, bu, Rusiyanın Ukraynaya qarşı təcavüzünü artırır və bu, NATO masası ətrafında hər kəsi dərindən narahat edən məslədir, lakin bu,
həmçinin, ikitərəfli bir yoldur. Rusiya və Şimali Koreya arasındakı münasibətlər hər iki istiqamətdə işləyir və Rusiyanın Şimali Koreyanın imkanlarını, raket qücünü,onun nüvə gücünü gücləndirmək üçün nə etdiyi və ya edə biləcəyi ilə bağlı dərin narahatlıqlar var. Bu, Şimali Koreya qüvvələrinin Ukraynaya qarşı Rusiyaya dəstək səylərində əldə etdiyi təcrübəyə də aiddir”, – Entoni Blinken bildirib.