Entoni Blinken – ABŞ Ukraynanı Rusiya ərazisinə zərbələr endirməyə təşviq etməyib və ya ona imkan yaratmayıb, hərçənd o, ukraynalıların özünü müdafiə üçün lazımi avadanlıqlara malik olmasını təmin etməyə hazırdır
ABŞ Ukraynanı Rusiya ərazisinə zərbələr endirməyə təşviq etməyib və ya ona imkan yaratmayıb, hərçənd o, ukraynalıların özünü müdafiə üçün lazımi avadanlıqlara malik olmasını təmin etməyə tərəddütsüz hazırdır-Dövlət katibi Entoni Blinken bu barədə Vaşinqtonda keçirilən mətbuat konfransında açıqlayıb.
“Rusiyanın endirdiyi zərbələr əhalini istilik və elektrik enerjisi ilə təmin edən mülki infrastrukturu sıradan çıxarmağa yönəlib. Biz bunu qışdan silah kimi istifadə adlandırırıq. Bu, Ukraynada gündəlik reallıqdır. Biz ukraynalıları Rusiya daxilində hücumlar həyata keçirməyə nə təşviq etmişik, nə də imkan yaratmışıq, hərçənd Rusiyanın öz ölkələrinə qarşı təcavüzü qarşısında ukraynalıların hər gün nələrdən keçməli olduğunu dərk etməyimiz mühümdür. Bir çox digər tərəfdaşlarımızla birlikdə onların özlərini, ərazilərini və azadlıqlarını qorumaq üçün lazımi avadanlıqlara malik olmasını təmin etmək bizim tərəddütsüz hazırlığımızdır” – deyə Blinken açıqlayıb.
Cari həftənin əvvəlindən Rusiyanın üç aerodromuna PUA-larla zərbələr endirilib.