Entoni Blinken ABŞ-ın Yaxın Şərqdə genişmiqyaslı münaqişənin qarşısının alınması prosesində intensiv iştirak edəcəyini bildirir
ABŞ Dövlət Katibi Entoni Blinken ABŞ-ın Yaxın Şərqdə genişmiqyaslı münaqişənin qarşısını almaq üçün prosesə “intensiv şəkildə” qoşulacağını bildirib.
“Biz genişmiqyaslı münaqişədən qaçmaq üçün həm çəkindirmə, həm də diplomatiya yolu ilə çox intensiv işləyirik”, – Entoni Blinken jurnalistlərə bildirib.
Bununla yanaşı, Blinken Qəzza zolağında humanitar yardım məsələsi ilə bağlı mövcud vəziyyətə görə narahatlığını ifadə edib və yardımın əhaliyə qeyri-kafi miqdarda çatdırlıdığını qeyd edib.
ABŞ dövlət katibi “Livanda diplomatik həll yolu”na ehtiyac olduğunu vurğulayıb.
“Livanın gələcəyi başqasının yox, Livan xalqından asılıdır”, – Entony Blinken əlavə edib.