Entoni Blinken – ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir, birbaşa dialoq həqiqətən davamlı sülhə aparan ən yaxşı yoldur

10:12, 08.11.2022

 

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşüb.

Blinkenin Ararat Mirzoyan və Ceyhun Bayramovla görüşdən əvvəl açıqladığı üzrə, ABŞ dialoqu dəstəkləyir, çünki o, dialoqun həqiqətən davamlı sülhə aparan ən yaxşı yol olduğunu bildirir. O, həmçinin hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

“ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir. Birbaşa dialoq həqiqətən davamlı sülhə aparan ən yaxşı yoldur və biz bunu dəstəkləməkdən çox məmnunuq. ABŞ həm Azərbaycanın, həm də Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. 1991-ci ildə müstəqilliyin bərpası hər iki ölkənin hüquqlarının, bizim qətiyyətlə dəstəklədiyimiz hüquqların təmin edilməsində həyatı önəm daşıyan məqam oldu. Fikrimcə, qeyd etmək lazımdır ki, 30 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsi çox böyük insan və maddi itkilərə – insanların itirilmiş həyatlarına, dərin yaralara səbəb oldu, lakin indi gördüyümüz hər iki ölkənin keçmişi arxada qoymaq və davamlı sülhə nail olmaq üçün işləməyə doğru real və cəsarətli addımlarıdır. Hər iki ölkə bu məqsəd və yekunda Cənubi Qafqazın daha parlaq gələcəyi üçün çalışır” -deyə Entoni Blinken bildirib.

Dövlət katibi bildirib ki, ABŞ həm Ermənistanın, həm də Azərbaycanın dostudur və sülhə nail olmaq istiqamətində onların səylərini dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır.

Oxşar