Enes Kanter Amerika vətəndaşı olacaq
Enes Kanter Amerika vətəndaşı olacaq

“Boston”-un türk basketbolçusu Enes Kanter Amerika Birləşmiş Ştatlarının vətəndaşı olur.

Bu barədə məlumatı “Seltiksin” basketbolçusu öz “Tvitter” hesabında yayır.

“Bir ildən sonra mənə böyük privilegiya veriləcək – mən Amerika vətəndaşı olacam. Türkiyənin əlimdən aldığı azadlığı bu ölkədə qazandım və ona haqq etdiyi dəyəri verəcəm.

Mən hər zaman Amerikayı və demokratiyayı dəstəkləyəcəm” – yazır Enes Kanter.

28 yaşlı Enes Kanter Milli Basketbol Asosiyasiyası (NBA)-də 2011-ci ildən iştirak edir.

Onu drafta Yuta çıxartdı. O liqada 634 matç keçirib.

Enes Kanter Türkiyənin qüvvədə olan iqtidarına qarşı çıxır və öz mövqeyini və fikirlərini açıq şəkildə bildirir.

Kanter bəyan edir ki, Türkiyə iqtidarına qarşı çıxdığı üçün Avropada hərəkət etdiyi zaman həyatı təhlükə altındadır.