“Enerqoatom”da, Rusiyanın Zaporojie AES-ə hücumu nəticəsində enerji bloklarından birinin söndüyü deyilir
Rusiyanın Zaporojie AES-ə hücumu nəticəsində enerji bloklarından biri sönüb. Bu barədə Ukraynanın “Enerqoatom”u məlumat yayır.
Bəyanatda qeyd olunduğu üzrə , Rusiya hərbçilərinin raket hücumu nəticəsində qəzalı mühafizə aktivləşdirilib və üç işləyən enerji blokundan biri sönüb.
“Atışma nəticəsində azot-oksigen stansiyasına, kombinə edilmiş yardımçı binaya, kanalizasiya nasos stansiyasına ciddi ziyan dəyib. Açıq paylayıcı lövhə də zədələnib və işğalçılar stansiyanın xarici perimetrində yerləşən yanğınsöndürmə məntəqəsinə atəş açıblar. Hidrogen və radioaktiv maddənin sızması təhlükəsi qalır” – deyə “Energoatom”-un açıqlamasında deyilir.
Eyni açıqlamada radiasiya çirklənməsinin monitorinq sensorlarının da zədələndiyi yazılır.
Yayılan məlumatda, nüvə və radiasiya təhlükəsizliyini təmin etmək, həmçinin dəyən ziyanı aradan qaldırmaq üçün hər şeyi edən ukraynalı işçilərin Zaporojie AES-də işləməyə davam etdiyi deyilir.
Ukrayna beynəlxalq ictimaiyyəti Rusiyanı işğal etdikləri Zaporojie AES-dən çıxmağa məcbur etməyə çağırır.