"Energo-Pro Georgia" - Fəlakət zonasında abonentlərin elektrik enerjisi ilə təchizatı prosesi davam edir
"Energo-Pro Georgia" - Fəlakət zonasında abonentlərin elektrik enerjisi ilə təchizatı prosesi davam edir

Quriada yerli elektrikçilərlə bərabər, Gürcüstanın bütün bölgələrindən əlavə qruplar fövqəladə rejimdə işlərini davam etdirirlər.

Fevralın 28-i saat 16:00-a olan gööstəricilərə görə, Ozurqetidə 3900, Lançxutidə -780, Çoxatauridə – 200 abonentə elektrik enerjisi məhdudiyyətlə verilir.

Fövqəladə rejimdə fəaliyyət həmçinin İmeretidə – Vanidə, Xaraqaulidə, Zestaponi və Samtrediada davam edir. Ümumilikdə hər dörd munisipalitetdə 5 minə yaxın abonentə hazırda elektrik enerjisi məhdudiyyətlə verilir.

“Qəzaların aradan qaldırılması və abonentlərin enerji təchizatının bərpası səmərəli şəkildə davam etdirilir, hərçənd elektrik enerjisindən ayrılan abonentlərin sayı azaldıqca bərpa işləri də çətinləşir, çünki daha çətin relyefdə yerləşən, qar örtüyünün hələ də böyük olduğu və hərəkətin çətinləşdiyi yüksək dağlıq kəndlər qalır. Təbii ki, qəzaların nöqtələrinin müəyyən edilməsi və aradan qaldırılması tempi yaxın günlər ərzində də qorunub saxlanılacaq. Fəaliyyət bütün abonentlər elektrik enerjisi ilə təmin olunana qədər davam edəcək”, – “Energo-Pro Georgia”da bildirirlər.