Emmanuel Makron və Mark Rutte telefon danışığı zamanı Parisdə planlaşdırılan “istəklilər koalisiyası”nın görüşünə hazırlıq məsələlərini müzakirə ediblər
Emanuel Makron və Mark Rutte telefon danışığı zamanı 4 sentyabrda Parisdə planlaşdırılan “istəklilər koalisiyası”nın görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.
“Tərəfdaşlarımızla birlikdə və NATO ilə koordinasiyada Ukrayna üçün etibarlı təhlükəsizlik təminatlarının müəyyən edilməsi üzərində çalışacağıq. Bu, sülhə doğru etibarlı irəliləyiş üçün zəruri bir şərtdir”, – Makron bildirib.
Fransa prezidentinin sözlərinə görə, görüşdə “təcavüzkar müharibəsini davam etdirən və sülhü rədd edən” Rusiyanın mövqeyi də müzakirə olunacaq.
“İstəklilər koalisiyası”nın görüşü onlayn formatda keçiriləcək. Yayılan məlumata görə, görüşdə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edəcək.