Emmanuel Makron "Vaqner"in üsyanının Rusiyanın güc dairələrində mövcud olan ixtilafı vurğuladığını bildirir
Emmanuel Makron "Vaqner"in üsyanının Rusiyanın güc dairələrində mövcud olan ixtilafı vurğuladığını bildirir

 

Fransa Prezidenti Emmanuel Makron Yevqeni Priqojinin rəhbərlik etdiyi özəl hərbi şirkət “Vaqner”in üsyanının Rusiyanın güc dairələrində mövcud olan ixtilafı vurğuladığını bildirir.

“Vəziyyət hələ də inkişaf edir, lakin bu, Rusiyada mövcud olan ixtilafı, həm ordusunda, həm də “Vaqner” qrupu kimi köməkçi qüvvələrində zəifliyi göstərir”-deyə Makron “La Provence”ə müsahibəsində qeyd edib.

Bundan əlavə, Emmanuel Makron cari hadisələri aktiv şəkildə izlədiyini qeyd edib.

“Bu, bizi son dərəcə ayıq olmağa və ukraynalılara verdiyimiz dəstəyi tam şəkildə doğrultmağa məcbur etməlidir” – deyə Fransa Prezidenti bildirib.