Emmanuel Makron – uzunmüddətli müharibəyə hazırlaşmalıyıq
Uzunmüddətli müharibəyə hazırlaşmalıyıq -bu barədə Fransa prezidenti Emmanuel Makron diplomatik korpus qarşısında çıxışında bildirib.
Fransa lideri Avropanın enerji və qida baxımından təşkilatlanmalı olduğunu qeyd edib.
“Uzunmüddətli müharibəyə hazırlaşmalıyıq və bunun üçün əsasən enerji, qida və bir çox başqa məsələlərdə milli və Avropa səviyyəsində təşkilatlanmalıyıq . Lakin, aydındır ki, bu uzunmüddətli müharibə qarşısında gərginliyin qarşısını almaq və sülhün bərqərar olması üçün çalışmalıyıq”-deyə Emmanuel Makron bildirib.
Makron bildirib ki, Ukraynada münaqişənin eskalasiyasının aradan qaldırılması üçün Rusiya ilə dialoqu davam etdirəcək, lakin o, eyni zamanda Ukraynaya sarsılmaz dəstəyini təsdiqləyib.
“Fransa Rusiya ilə danışıqları davam etdirəcək. Kim istəyər ki, Türkiyə dünyada Rusiya ilə danışmağa davam edən yeganə dövlət olsun?”-deyə Makron qeyd edib.
Emmanuel Makron Fransanın Kiyevə uzunmüddətli iqtisadi, hərbi və humanitar yardım göstərməyə davam edəcəyini bildirib, lakin o, Rusiyanın qarşısında Avropanın birliyinin təmin olunmasının əsas çağırışlardan biri olacağını qeyd edib.
“Avropanın birliyi əsasdır, çünki parçalanma Rusiyanın müharibəsinin məqsədlərindən biridir” – deyə Emmanuel Makron bildirib.