Emmanuel Makron Ukraynaya qırıcı təyyarələrin göndərilməsini istisna etmir və bu silahların Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edilməməli olduğunu bildirir
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qırıcı təyyarələrin göndərilməsini istisna etmir. “France 24” müvafiq məlumatları yayır. Eyni zamanda, Fransa lideri münaqişənin eskalasiya riskindən danışır.
Makron Danimarkanın Baş naziri Mark Rutte ilə görüşdən sonra Kiyevə qırıcı təyyarələrin göndərilməsinin mümkünlüyü barədə suala cavab verərkən bildirib: “Prinsip etibarı ilə, heç nə istisna edilmir”.
Bununla yanaşı, Makron silah tədarükü ilə bağlı hər hansı qərar qəbul etməzdən əvvəl meyarları sadalayıb. Onlar arasında istənilən silahlanmanın eskalasiyaya töhfə verməməli olması da var. Həmçinin, silahların Rusiya ərazisinə zərbələr endirmək üçün deyil, yalnız müqavimət göstərmək üçün istifadə edilməsi də meyarlar arasındadır. Bununla yanaşı, Emmanuel Makron istənilən silah təchizatının Fransa Silahlı Qüvvələrinin imkanlarını zəiflətməməli olduğunu bildirib.a