Emmanuel Makron – Sülh bizim məqsədimizdir, azadlığa və qanunun aliliyinə dəyər veririk, onları qorumaq üçün hər zaman və ehtiyac olduqda, hətta qanımız bahasına belə döyüşməyə hazırıq
Fransa prezidenti Emmanuel Makron ölkənin gələcək müharibələrə hazırlaşmalı olduğunu bildirir. Emmanuel Makron bu barədə ölkənin silahlı qüvvələrinə müraciəti zamanı danışıb.
“Ukrayna cəbhəsini qoruyub saxlamaq bizim gücümüzdür. Tərəfdaşlarımızın bizi gözlədiyi Yaxın və Orta Şərqdə olmaq bizim imkanımızdır. Afrikada müəyyən etdiyimiz kimi tərəfdaşlığı davam etdirmək bacarığımız və Hind-Sakit okean regionunda mövqelərimizi qoruyub saxlamaq qabiliyyətimiz, bizim 2030-cu ilin çağırışlarının öhdəsindən gəlmək imkanlarımızı müəyyən edir”, – Emmanuel Makron bildirib.
Emmanuel Makron çıxışı zamanı dünyaya müraciət edib və deyib ki, onların məqsədi sülh, azadlıq və qanunun aliliyidir və lazım gələrsə, bunları hətta qanları bahasına da müdafiə edəcəklər.
“Dünyaya göndərdiyimiz mesaj budur: bəli, sülh bizim məqsədimizdir, bəli, biz azadlığa və qanunun aliliyinə dəyər veririk və bəli, biz hər zaman, ehtiyac olduqda, onları qorumaq üçün hətta qanımız bahasına belə döyüşməyə hazırıq”, – deyə Fransa prezidenti qeyd edib.