Emmanuel Makron – son illərdə Rusiya təcavüzkarlığını artırıb, bunu Ermənistanda, Gürcüstanda seçki proseslərini qeyri-sabitləşdirərək, həmçinin eyni şeyi sınadıqları Moldovada görürük
Son illər ərzində Rusiya təcavüzünü artırıb və avropalılara və dünyanın digər hissələrinə qarşı bu təcavüzün xarakterini dəyişdi, biz bunu Ermənistanda, Rusiyanın birdən-birə müttəfiqliyini dəyişib, yalnız ermənilər onlara müqavimət göstərdiyi üçün Azərbaycanın müttəfiqinə çevrildiyini, Gürcüstanda seçki proseslərini destabilləşdirmək və bülletenləri qutulara doldurmaqla görürük , – bu barədə Fransa prezidenti Emmanuel Makron Fransa səfirlərinin illik toplantısında bildirib.
Makronun söylədiyinə görə, Rusiya qonşu ölkələrə qarşı daha aqressiv münasibətə başlayıb.
Son illər ərzində Rusiya təcavüzünü artırıb və avropalılara və dünyanın digər hissələrinə qarşı bu təcavüzün xarakterini dəyişdi, daha sərtləşən nüvə doktrinası baxımından Rusiyanın davranışında radikal dəyişiklik oldu. Həmçinin, o, qonşu ölkələrə qarşı daha aqressiv münasibət sərgilədi. Biz bunu Ermənistanda, Rusiyanın birdən-birə müttəfiqliyini dəyişib, yalnız ermənilər onlara müqavimət göstərdiyi üçün Azərbaycanın müttəfiqinə çevrildiyini, Gürcüstanda seçki proseslərini destabilləşdirmək və bülletenləri qutulara doldurmaqla görürük. Həmçinin Moldovada da eyni şeyi sınadılar və bacarmadılar. Mən Prezident Maya Sandunun cəsarətini və gücünü tərifləmək istəyirəm. Həmçinin Rumıniyanın seçkilərindən danışa bilərəm, burada Rusiya Avropa İttifaqı üzvü olan ölkədə seçki prosesini manipulyasiya etməkdən yayınmayıb”, – Makron bildirib.