Emmanuel Makron – Putinlə birbaşa əlaqəni hər zaman qoruyub saxlayıram, təcrid olmaq, xüsusən də belə lider üçün ən pis şeydir

11:46, 05.12.2022

 

Putinlə birbaşa əlaqəni hər zaman qoruyub saxlayıram, təcrid olmaq, xüsusən də belə lider üçün ən pis şeydir-bu barədə Fransa prezidenti Emmanuel Makron “CBS”ə müsahibəsində açıqlayıb.

Bununla belə, Makron Avropa və ABŞ-ın Ukraynanı dəstəkləməyə davam etməli olduğunu vurğulayıb.

Fransa prezidenti həmçinin müharibəni bitirmək üçün hərbi variant görmədiyini bildirib. Makron Ukraynanın mülki infrastrukturunun bombalanmasını müharibə cinayəti olaraq qiymətləndirir.

“Prezident Putinlə müntəzəm müzakirələr və birbaşa əlaqəni hər zaman qoruyub saxlayıram, çünki qarşılıqlı əlaqəni bərpa etməyin ən yaxşı yolunun bu birbaşa kanalı saxlamaq olduğunu hesab edirəm. Xüsusilə belə bir lider üçün təcrid ən pis şeydir. Rusiya və xüsusilə də prezident Putinin silah kimi ən azı enerji və ərzaqdan istifadə etmək qərarına gəldikləri aydındır, bu da xeyli qıtlıq, qeyri-sabitlik və inflyasiya yaradıb. Fikrimcə o, müharibə yorğunluğu və sanksiya yorğunluğuna mərc qoyub. Buna ukraynalıların qərar verməli olduğu mesajını yaymaq vacibdir. Həll yolu tapmağın yeganə yolu danışıqlardan keçəcək. Mən bölgədə hərbi variant görmürəm”- deyə Emmanuel Makron açıqlayıb.

Oxşar